Eriksen “Arsenal”ın təklifinə niyə “yox” deyib?

“İnter”in futbolçusu Kristian Eriksen “Arsenal”a keçmək istəməyib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Arsenal”ın danimarkalı yarımmüdafiəçiyə rəsmi təklif göndərməsinə baxmayaraq, rədd cavabı aldığı bildirilib.

Eriksen, keçmiş komandası “Tottenhem”ə olan hörmətinə görə Londonun digər klubu “Arsenal”a keçməkdən imtina edib.

Bu ilin yayından “İnter”də çıxış edən Eriksen, bu mövsüm “neradzurra” ilə 7 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button