“İnter”in futbolçusu avrokuboklar tarixinin 2-cisi oldu

“İnter” Avropa Liqasının 1/8 finalının cavab oyununda “Ayntraxt”a məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 0:1 hesabıyla bitən görüş, “İnter”in futbolçusu Sebastyan Espozito üçün əlamətdar olub. Belə ki, Espozito avrokuboklarda iştirak edən ən gənc 2-ci futbolçu ünvanını qazanıb. 73-cü dəqiqədə Borxa Valeronun yerinə meydana daxil olan hücumçu, 16 yaş 255 günlük idi.

Avrokuboklarda iştirak edən ən gənc futbolçu isə “Palermo”nun üzvü Qabriele Dzerbo olub. O, 2010-cu ildə “Palermo” – “Lozanna” matçında iştirak edəndə, 16 yaş 213 günlük idi.

“İnter” ilk oyunda səfərdə qolsuz bərabərə qaldığı “Ayntraxt”a cavab matçında 0:1 hesabıyla məğlub olaraq, Avroliqada mübarizəni dayandırıb.