“İnter” istəyirdi, “elçilər”i çoxaldı

“İnter”in də maraqlandığı “Parma”lı Deyan Kuluşevskinin “elçilər”i artıb.

Komanda.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted” və “Arsenal” da yaxından maraqlanır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Hər iki klubun qış fasiləsində bu transferi həll etmək istədiyi bildirilir.

Daha əvvəl “İnter”in də isveçli futbolçu ilə maraqlandığını xəbər vermişdik. “Neradzurra” Kuluşevski üçün 35 milyon avro ödəmək istəyirsə, Premyer Liqa klubları 50 milyon avro verməyə hazırdır.

Bu mövsüm “Parma” ilə A Seriyasında 17 oyuna çıxan yarımmüdafiəçi, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu hazırda icarə əsasında “Parma”da çıxış edir. O, müqavilə ilə “Atalanta” klubuna məxsusdur.