Kontedən Eriksenlə bağlı açıqlama

“İnter”in baş məşqçisi Antonio Konte İtaliya kubokunda “Milan”ı məğlub etdikləri oyundan (2:1) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, qələbə qolunun müəllifi olan Kristian Eriksenin komandadakı gələcəyi haqda da danışıb:

“Eriksen çox ağıllı biridir. Onun həlledici qolu vurduğuna görə çox sevinirəm. Komandadakı hər kəs də onu sevir və ondan razıyıq. O, liderlərimizdən biridir.

Eriksen komandanı tərk etməyəcək. Çünki “İnter” futbolçu transfer etməyib və bu vəziyyətdə Eriksenin komandanı tərk etməsinə icazə verə bilmərik”.

Eriksen bu mövsüm “İnter”lə 9 oyuna çıxıb. Bir müddət əvvəl “neradzurra”nın icraçı direktoru Cüzeppe Marotta danimarkalı yarımmüdafiəçinin komandadan ayrılacağını demişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button