Konte: “Onları “taxt”dan salmaq möhtəşəm olacaq”

“İnter”in baş məşqçisi Antonio Konte A Seriyasının 28-ci turu çərçivəsində “Sassuolo”nu məğlub etdikləri matçdan (2:1) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, A Seriyasında ardıcıl 9 ildir ki, çempion olan “Yuventus”u “taxt”dan salmağın möhtəşəm olacağını deyib:

“A Seriyasında çempionluq 9 ildir eyni komandanın əlindədir. Onları “taxt”dan salmaq möhtəşəm olacaq. Hər zəfərimiz rəqiblərə bir mesajdır.

Üzərimizdə gərginlik var, 9 oyun qalıb və hər biri 6 xal dəyərindədir. Azarkeşlərimizlə eyni həyəcanı yaşayırıq. Təzyiqləri normal qarşılayırıq və qalan oyunlarımızda qələbə qazanmaq üçün çalışacağıq”.

“İnter” A Seriyasında 71 xalla liderdir. “Neradzurra” ən yaxın izləyicisi “Milan”ı 11 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button