“Real”la oyundan sonra qorxurdum”

“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının 4-cü turunda “Bolonya”nı darmadağın etdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis, 6:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı danışarkən, yeni transferləri Denzel Dumfrisi də tərifləyib:

“Denzel əla oyun keçirdi. Məşqlərdə yaxşı iştirak edir. İtaliya futbolunu öyrənmək və daha yaxşı bilmək istəyir.

“Real”la oyundan sonra qorxurdum. Amma komandam yaxşı performans sərgilədi. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istədik. Bəzən səhvlərdən nəticə çıxarmaq lazımdır. “Real”a məğlubiyyəti yaxşı təhlil etmişdik”.

“İnter” Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Real”a uduzub – 0:1.