Konte “İnter”dən ayrılır?

“İnter”in baş məşqçisi Antonio Konte komandadan ayrıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kontenin ayrılmasına səbəb, klub rəhbərliyi ilə arasında olan fikir ayrılıqlarıdır. Kontenin bu gün klubun idman direktoru Beppe Marotta ilə görüşəcəyi bildirilir.

Konte “İnter”dən ayrılsa, onun yerinə baş məşqçi postuna əsas namizəd Massimiliano Alleqridir.

“İnter” A Seriyasında mövsümü 2-ci sırada tamamlayıb.