“Hazırda özümüzü “Yuventus”la müqayisə etməməliyik” – Konte

“İnter”in baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 7-ci turunda “Yuventus”a məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Hələ yolun əvvəlindəyik. Daha da inkişaf etməliyik. Çox bərabər bir oyun oldu. İki komandanın da imkanları vardı, ancaq təcrübə və səviyyə fərqi ortaya çıxdı.

Hazırda özümüzü “Yuventus”la müqayisə etməməliyik. Həqiqətən, hər komponentdə başqa səviyyədədilər. Aradakı fərqi azaltmaq üçün çalışırıq”.