“Bu məğlubiyyət bizi ruhdan salmamalıdır” – Konte

“İnter”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Real”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Sky İtalia”ya danışan Konte, 0:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Real” kimi böyük klublara qarşı oynamaq hər zaman çətin olur. Hələ qol buraxıb azlıqda qalırsansa, geri dönüş etmək də mümkün deyil. Düşünürəm ki, “Real”la aramızdakı fərqi gördük. Meydanda iki müxtəlif komanda var idi.

“Real” bu turnirdə uğurlu çıxış edir və çoxlu titulları var. Zəif olduğumuzu demirəm, ancaq daha da böyüməliyik. Bu məğlubiyyət bizi ruhdan salmamalıdır. Yeganə yolumuz daha əmin addımlarla irəliləmək və böyüməkdir”.