“İnter”i “Sampdoriya”ya dəyişdi

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Milan “İnter”indən Antonio Kandrevanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu satınalma şərti ilə icarəyə götürülüb. İtaliya yığmasının üzvü yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. “Sampdoriya” Kandrevanın “İnter”lə müqaviləsinin ləğv olunması və azad agent statusu alması üçün qarşıdakı bir il ərzində Milan klubuna 2.5 milyon avro təzminat ödəməlidir.

Kandreva 2016-cı ildən “İnter”də çıxış edirdi. O, daha öncə “Ternana”, “Udineze”, “Livorno”, “Yuventus”, “Parma”, “Çezena” və “Latsio”nun da uğurları üçün çalışıb.