“İnter”dən İkardi qərarı: “Rapid”ə qarşı oynayacaq?

İtaliyanın “İnter” klubunun Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Rapid”lə qarşılacağı matç üçün heyəti açıqlanıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisinin məşqçilər heyəti Mauro İkardinin adını oyun üçün açıqlanan heyətə daxil etməyib.

“İnter” rəhbərliyi daha öncə kapitanlıq sarğısının İkardidən alındığını və qapıçı Samir Handanoviçə verildiyini açıqlamışdı. Lakin baş verənlərin dəqiq səbəbi barədə heç bir rəsmi açıqlama verilmir.

İkardi “İnter”in səfərdə “Rapid”i məğlub etdiyi (1:0) matçda da iştirak etməmişdi.

“İnter” – “Rapid” matçı bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button