“İnter”də yeni baş məşqçi – Rəsmi

İtaliyanın “İnter” kulubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Antonio Konteyə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Konte ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

İtaliya mətbuatı Kontenin 3 illik sözləşmə imzaladığını iddia edib.

“İnter” dünən baş məşqçisi Luçano Spalletti ilə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button