“İnter”dən “Parma”ya – 12 milyon avroya

İtaliyanın “İnter” klubunun 21 yaşlı forvardı karyerasını “Parma”da davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Parma” və “İnter” klubları Yann Karamonun transferində razılıq əldə edib. “Parma” fransalı futbolçu üçün “İnter”ə 12 milyon avro ödəyəcək. “Neradzurra” futbolçunun sonrakı satışından da 50 faizlik məbləğ əldə edəcək.

21 yaşlı futbolçunun növbəti həftə yeni klubunda tibbi müayinədən keçiriləcəyi bildirilir.

Keçən mövsümü icarə əsasında “Bordo”da keçirən futbolçu, iştirak etdiyi 22 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.