“İnter”dən “Mançester Yunayted”ə ilk təklif – 70 milyon avro

İtaliyanın “İnter” klubu uzun müddətdir hədəfində olan Romelu Lukaku üçün ilk təklifini edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klubun idman direktoru Piero Ausilio Londona gedərək, “Mançester Yunayted”lə danışıqlara başlayıb. Belçikalı futbolçunu icarəyə götürmək istəyən İtaliya təmsilçisinin “qırmızı şeytanlar”a 10 milyon avro təklif etdiyi bildirilir. Eyni zamanda, “İnter” Lukaku üçün həm 2020, həm də 2021-ci ildə 30 milyon avro ödəmək niyyətindədir.

26 yaşlı futbolçunun da Antonio Kontenin rəhbərliyi altında “İnter”də çıxış etmək istədiyi bildirilir.