“İnter”dən “Barselona”ya Lautaro Martines şərti

“Barselona”nın yarımmüdafiəçisi Arturo Vidal cari mövsümün sonunda klubunu dəyişə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 32 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Milan klubu Vidalın transferi üçün futbolçusu Lautaro Martinesi danışıqlara daxil edib. Vidalın “İnter”ə transferi qarşılığında “Barselona” Martinesi heyətinə qatacaq.

Tərəflərin bu şərtlərlə tezliklə rəsmi danışıqlara başlayacağı bildirilir.