“İnter”dən ayrılan futbolçu “Fiorentina”nı seçdi

İtaliyanın “Fiorentina” klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Florensiya təmsilçisi sabiq futbolçusu Borxa Valeronu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar. 35 yaşlı ispan yarımmüdafiəçi köhnə-yeni klubunda “6” nömrəli formanı geyinəcək.

Madrid “Real”ının yetirməsi olan Valero, 2012-2017-ci illər aralığında da “Fiorentina”nın uğurları üçün çalışıb. O, 2017-ci ildə məhz bu klubdan Milan “İnter”inə keçmişdi. Bu yay isə təcrübəli futbolçu Milan təmsilçisindən azad agent statusu ilə ayrılmışdı. İspaniya yığmasının sabiq üzvü karyerası ərzində “Malyorka”, “Vest Bromviç”, “Vilyarreal”ın da formasını geyinib.