“İnter”də yeni müqavilə

“İnter” qapıçısı Daniele Padelli ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi satı məlumat yayıb.

34 yaşlı italyan qolkiper 2020/21 mövsümünün sonunadək bu komandada qalacaq.

Padelli 2017-ci ildən “İnter”in uğurları üçün çalışır. O, daha öncə “Torino”, “Udineze”, “Bari”, “Avellino”, “Piza”, “Liverpul”, “Krotone” kimi klublarda da forma geyinib.