“İnter”də yeni kapitan

İtaliyanın “İnter” klubunun yeni kapitanı məlum olub.

Komanda.az xəbər verir ki, Milan təmsilçisini oyunlara bundan sonra kapitan kimi qolkiper Samir Handanoviç çıxaracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“İnter”də Handanoviçdən əvvəl kapitanlıq sarğısını Mauro İkardi daşıyırdı.

İtaliya mətbuatı, İkardinin klubla yeni müqavilə imzalamaq istəmədiyi üçün kapitanlığının əlindən alındığını iddia edir.