Eriksen Premyer Liqaya qayıdır

İtaliyanın “İnter” klubunun futbolçusu Kristian Eriksen yenidən İngiltərə Premyer Liqasında oynaya bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” keçmiş futbolçusunu yenidən heyətinə qatmaq niyyətindədir. 28 yaşlı futbolçu üçün hərəkətə keçən London klubu qış transfer pəncərəsi dövründə bu keçidi reallaşdıracağına inanır. “Neradzurra” da danimarkalı futbolçunun çıxışından razı deyil və onun satılmasına müsbət yanaşır.

Bu ilin qışında “Tottenhem”dən “İnter”ə keçən Eriksen Milan klubu ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb.