“İnter”də koronavirusa yoluxma sayı 4-ə çatdı

İtaliyanın “İnter” klubunda koronavirusa yeni yoluxma qeydə alınıb.

Komanda.az xəbər verir ki, Milan təmsilçisinin qapıçısı Andrey İonut Radu, müdafiəçi Roberto Qalyardini və yarımmüdafiəçi Raca Naynqqolanda da koronavirus aşkarlanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan futbolçuların karantinə alındığı və xüsusi nəzarətə götürüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, A Seriyası təmsilçisində daha öncə müdafiəçi Alessandro Bastonidə də koronavirus aşkarlandığı açıqlanmışdı.