“İnter”də İkardi problemi

“İnter”in zədəli futbolçusu Mauro İkardinin durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, bu barədə Milan klubunun baş məşqçisi Luçano Spaletti İtaliya mətbuatına açıqlamasında deyib:

“İkardinin həkimiylə danışdıq və onun məşqlərə başlaya biləcəyini dedi. Həkimlər İkardinin sağaldığını bizə bildiriblər. Ancaq İkardidən durumunu soruşduqda, ağrılarının olduğunu və hazır olanda bizə bildirəcəyini dedi. Bundan sonra lazım olan açıqlamanı idman direktorumuz Beppe Marotta verəcək”.