“İnter” – “Yuventus” oyunundan rekord gəlir

İtaliya A Seriyasının 7-ci turunda “İnter” “Yuventus”la qarşılaşıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisinin 2:1 hesabıyla qələbə qazandığı oyunda əldə edilən tribuna gəlirləri açıqlanıb.

“Cüzeppe Meatsa”da keçirilən qarşılaşmanı 76 min azarkeş stadiondan canlı izləyib. Ümumi tribuna gəlirləri isə 6 milyon 620 min 976 avro olub. Bu, İtaliya futbolu üçün rekord göstəricidir.