“İnter” Eriksenlə razılığa gəldi

“İnter” “Tottenhem”dən Kristian Erikseni transfer etməyə yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Eriksenin “neradzurra” ilə 4 illik müqavilə imzalayacağı bildirilib.

Danimarka millisinin də formasını geyinən yarımmüdafiəçi “İnter”də illik 7,5 milyon avro məvacib alacaq.

27 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 17 oyuna çıxıb və 2 qol vurub.