“İnter” şokda: Daha bir futbolçu koronavirusa yoluxdu

İtaliyanın “İnter” klubunun daha bir üzvü koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, “neradzurra”nın futbolçusu Eşli Yanqın koronavirus testi pozitiv nəticələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub ingiltərəli futbolçunun evdə karantində olduğunu bildirib.

Daha əvvəl “İnter”də Alessandro Bastoni, Andrey İonut Radu, Raca Naynqqolan, Roberto Qalyardininin koronavirusa yoluxduğu açıqlanıb.