“Milan” 3 xalı 3 qolla qazandı

İtaliya A Seriyasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında lider “İnter” “Roma”nı qəbul edib. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər.

Son turlarda uğursuz çıxış edən “Napoli” səfərdə “Udineze”nin qonağı olub. Napoli təmsilçisi bu oyunda da xal itirib.

Turun maraqla gözlənilən qarşılaşması paytaxt Romada keçirilib. Turnir cədvəlində “İnter”dən 1 xal geri qalaraq ikinci olan “Yuventus” ən yaxın izləyicisi “Latsio”nun qonağı olub. Dörd qolun qeydə alındığı matç Turin təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Sonuncu oyun günündə altı qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Leççe” – “Cenoa” və “Sassuolo” – “Kalyari” oyunlarında qalib müəyyənləşməyib. Səfərdə “Torino” ilə qarşılaşan “Fiorentina” məğlubiyyətlə üzləşib. SPAL evdə “Breşiya”ya, “Sampdoriya” isə “Parma”ya minimal hesabla uduzub. “Milan” isə səfərdə “Bolonya” üzərində qələbəyə sevinib.

İtaliya A Seriyası, 15-ci tur

6 dekabr

İnter – Roma 0:0

7 dekabr

Atalanta – Verona 3:2
Qol
: Malinovski, 44. Muriel, 64. Djimsiti, 90+3 – Di Karmine, 23; 57.

Udineze – Napoli 1:1
Qol
: Lasanya, 32 – Zelinski, 69.

Latsio – Yuventus 3:1
Qol
: L.Felipe, 45+1. Saviç, 74. Kaysedo, 90+5 – Ronaldo, 25.

8 dekabr

Leççe – Cenoa 2:2
Qol
: Falko, 60. Tabanelli, 70 – Pandev, 31. Krişito, 45+5-pen.

Sassuolo – Kalyari 2:2
Qol
: Berardi, 7. Dyuriçiç, 36 – J.Pedro, 51. Raqatzu, 90.

SPAL – Breşiya 0:1
Qol
: Balotelli, 54.

Torino – Fiorentina 2:1
Qol
: Zaza, 22. Ansaldi, 72 – Kaseres, 90+1.

Sampdoriya – Parma 0:1
Qol
: Kuçka, 21.

Bolonya – Milan 2:3
Qol
: T.Hernandes, 40-öz qapısına. Sansone, 84-pen – Pyontek, 15-pen. T.Hernandes, 32. Bonaventura, 46.

Bombardir: Çiro İmmobile (Latsio) – 17 qol.