İtaliya millisinin üzvü “İnter”lə müqavilə imzaladı – Rəsmi

“İnter” ötən ilin yayında “Sassuolo”dan icarəyə götürdüyü Matteo Politanonun transfer hüquqlarını satın alıb.

Komanda.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Politano ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“İnter” 25 yaşlı yarımmüdafiəçi üçün müqavilə ilə məxsus olduğu “Sassuolo”ya 20 milyon avro ödəyəcək.

İtaliya millisinin də şərəfini qoruyan Politano, son mövsüm “İnter”in heyətində 48 oyuna 6 qol vurub və 8 məhsuldar ötürmə edib.