“İnter” onunla yollarını ayırır

İtaliyanın “İnter” klubunun futbolçusu Dieqo Qodin A Seriyasında klubunu dəyişməyə hazırlaşır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Kalyari” 34 yaşlı futbolçunun keçidini tamamlamaq üzrədir. Tərəflərin bütün məsələlərdə anlaşdığı və üç illik müqavilə imzalayacağı bildirilir. Qodin yeni klubunda illik 2,5 milyon avro qazanacaq.

Uruqvaylı futbolçu keçən ilin yayında “Atletiko”dan “İnter”ə transfer olunub.