“İnter” onun transferini bitirir

“Atletiko”nun müdafiəçisi Dieqo Qodinlə bağlı “İnter”dən transfer açıqlaması verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter”in idman direktoru Beppe Marotta, uruqvaylı futbolçunun transferinin yekunlaşmaq üzrə olduğunu bildirib:

“Qodinin transferində son mərhələdə olduğumuz üçün xoşbəxtəm. Çox yaxın zamanda rəsmi açıqlama verə biləcəyimizə inanıram”.

Klub rəsmisi Mauro İkardi haqqında da danışıb:

“İkardinin komandaya nə vaxt qayıdacağını bilmirik. Dizindəki ağrılardan qurtulub, qısa zamanda geri dönəcəyinə ümid edirik”.

“Atletiko”dan sərbəst şəkildə ayrılacaq Qodin, bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button