“İnter” onu yenidən itirdi

İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Stefano Sensi yenidən sıradan çıxıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu İtaliya kuboku çərçivəsində “Napoli”yə qarşı keçirdikləri oyunda zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağına yaxın günlərdə, ətraflı müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Sensi zədədən yenicə qayıtmışdı. “İnter”in gənc futbolçusu ötən ilin sonunda da oxşar problemlə üzləşmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button