Mertens planı: 4,5 milyon avro, 2 illik müqavilə

Son vaxtlar adı bir neçə klubla yanaşı çəkilən “Napoli”nin futbolçusu Dris Mertensə daha bir təklif var.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” “Napoli” ilə müqaviləsi mövsümün sonunda bitəcək belçikalı futbolçunun xidmətində maraqlıdır. Futbolçunu azad agent kimi heyətinə qatmaq istəyən “neradzurra”nın Mertensə ildə 4,5 milyon avro qazanacağı 2 illik müqavilə təklif etdiyi bildirilir.

Mertensin mövsümün sonuna qədər “Napoli”də qalacağı, klubla uyğun şərtlərlə yeni müqavilə imzalamasa, azad agent kimi “İnter”ə keçəcəyi deyilir.

Mertensin adı “Borussiya” (Dortmund), “Çelsi” və “Everton”la da yanaşı çəkilir.

2013-cü ildən “Napoli”nin şərəfini qoruyan 32 yaşlı hücumçu, cari mövsümdə iştirak etdiyi 22 oyunda 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button