“İnter”in Martines üçün tələb etdiyi məbləğ

“İnter” hücumçusu Lautaro Martinesi onun üçün 60-70 milyon avro təklif edən kluba satacaq.

Komanda.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, 24 yaşlı argentinalı özü isə onun xidmətində maraqlı olan klublardan “Atletiko”ya deyil, “Barselona”ya keçməyə üstünlük verir. Martinesə karyerasını İngiltərədə davam etdirmək variantı da maraqlı deyil.

Lautaro Martines bu mövsüm “İnter”in heyətində 45 oyunda 23 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button