“İnter” Lukakudan imtina edir, onu alır

İtaliyanın “İnter” klubu “Mançester Yunayted”in futbolçusu Romelu Lukakunun transferindən imtina edə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, rəsmi danışıqlara başlayan “neradzurra”, “qırmızı şeytanlar”ın tələb etdiyi 85 milyon avronu ödəmək niyyətində deyil. Bu transferdən imtina etməyə hazırlaşan Milan klubunun yeni hədəfi də bəllidir. “İnter” PSJ-nin hücumçusu Edinson Kavanini transfer etmək niyyətindədir.

32 yaşlı futbolçunun təzminat məbləğinin daha az olması və Paris klubu ilə 1 illik müqaviləsinin qalması, bu transferin həyata keçmək ehtimalını yüksəldir. “İnter” futbolçuya illik 7 milyon avroluq məvacib təklif edəcək. Futbolçu bu təklifi qəbul edəcəyi halda, Fransa klubu ilə danışıqlara başlanacaq.

Uruqvaylı futbolçu PSJ-də 12 milyon avro qazanır. O, 2013-cü ildən PSJ-nin uğurları üçün çalışır.