Lautaronun əvəzinə Obameyanq

İtaliyanın “İnter” klubu son vaxtlar adı müxtəlif komandalarla yanaşı çəkilən Lautaro Martinesin əvəzedicisini tapıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “neradzurra”dan ayrılacağı təqdirdə, “İnter” onun boşluğunu “Arsenal”ın futbolçusu ilə dolduracaq. Milan klubu “topçular”ın futbolçusu Pyer-Emerik Obameyanqı heyətinə qatmaq niyyətindədir. “İnter”in 30 yaşlı futbolçu üçün danışıqlara başlamağa hazır olduğu bildirilir.

“Barselona” və “Mançester Siti”nin də hədəfində olan Lautaronun cari mövsümün sonunda komandadan ayrılması gözlənilir. Onun “İnter”lə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

2018-ci ildən “Arsenal”da çıxış edən Obameyanqın müqaviləsinin müddəti 2021-ci ilin yayında bitir.