“İnter”də itki – Yeni transfer zədələndi

“İnter” klubunun yeni transferi Valentino Lazaro zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə “neradzurra”nın rəsmi saytı məlumat yayıb. Sinqapurda təlim-məşq toplanışında olan “İnter”in son məşqində zədələnən Lazaronun sağalma müddəti məlum deyil. Futbolçunun son durumu tibbi muayinədən sonra bilinəcək.

“İnter” Lazaronu 22 milyon avro qarşılığında “Herta”dan transfer edib.