“İnter” onlarla yollarını ayıracaq – Açıqlama

“İnter” klubunun icraçı direktoru Cüzeppe Marotta açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Marotta, Mauro İkardi və Raca Nainqqolanın gələcək planlarında yer almadığını deyib:

“İkardi və Nainqqolan bizim planlarımızda yer almır. İkisinə də hörmətlə yanaşıram, ancaq onlar da planlarımızda olmadıqlarını bilirlər. İkisi də istedadlı futbolçulardır. Onların bacarıqlarına şübhəmiz yoxdur, ancaq istedad sadəcə oyun qazandırır, komanda isə çempionluğu. İkisi də bizimlə olmayacaq”.