“İnter”in müdafiəçisi ingilislərin hədəfində

“İnter” klubunun müdafiəçisi Dieqo Qodin mövsümün sonunda İtaliyanı tərk edə bilər.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ilə İngiltərənin “Tottenhem” və “Mançester Yunayted” klubu yaxından maraqlanır. Premyer Liqa təmsilçilərinin mövsümün sonunda “İnter”lə danışıqlar aparacağı gözlənilir.

2019-cu ilin yayında “İnter”ə keçən Qodinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.