“İnter”də itki – ÇL matçında olmayacaq

“İnter” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, A Seriyasının 7-ci turunun “Yuventus”la matçında (1:2) zədələnən Stefanso Sensi sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Sensi zədə səbəbindən İtaliya millisinin də heyətindən çıxarılmışdı.

Sensi “İnter”in Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Borussiya” (Dortmund) ilə oyununda iştirak etməyəcək.

“İnter” – “Borussiya” oyunu oktyabrın 23-də keçiriləcək.