“Milan”la oyundan əvvəl “İnter”də ciddi itki

“İnter” İtaliya A Seriyasının 7-ci turunda “Milan”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “neradzurra”nın futbolçusu Aleksis Sançes sözügedən qarşılaşmanı buraxa bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Çili milli komandasının düşərgəsində zədələnən Sançesin “Milan”la oyunda iştirakı sual altındadır.

“İnter” – “Milan” oyunu oktyabrın 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button