“İnter” Martines məsələsinə nöqtə qoyur

İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martinesin komandadakı gələcəyinə aydınlıq gəlib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu “neradzurra”da qalacaq. Futbolçunun meneceri yeni müqavilə müzakirələri üçün klubla danışığa başlayıb. Keçirilən son görüşün hər iki tərəf üçün uğurla yekunlaşdığı bildirilir. Klub və futbolçunun ilkin şərtlər üzərində anlaşdıqları deyilir. Yeni müqavilə ilə Martinesin məvacibinin artacağı da istisna edilmir.

2018-ci ildən “İnter”də çıxış edən 23 yaşlı hücumçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. Onun “Barselona”ya transfer olunacağı gözlənilirdi.