Arturo Vidal rəsmən “İnter”də!

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Barselona”dan Arturo Vidalı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Vidal, daha əvvəl 2011-2015-ci illərdə İtaliyada “Yuventus”da çıxış edib.