“Renn” növbəti transferini açıqladı – bu dəfə “İnter”dən

“İnter” futbolçusu Dalbert Henrikeni icarəyə verib.

Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransanın “Renn” klubuna keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Braziliyalı müdafiəçi 2020/21 mövsümünü “Renn”də keçirəcək. Fransa klubu mövsümün sonunda Dalbertin transfer hüquqlarını ala bilər.

“Renn” bundan əvvəl “Yuventus”dan Daniel Ruqanini də icarəyə götürmüşdü.