Jiru üçün razılıq əldə olundu

İtaliyanın “İnter” klubunun “Çelsi”nin futbolçusu Olivye Jiru ilə danışıqlar apardığını xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq tərəflər arasında aparılan danışıqlar yekunlaşıb. 33 yaşlı futbolçu “İnter”ə keçməyə razılıq verib. Futbolçu ilə müqavilə məsələsində ortaq məxrəcə gələn “neradzurra” “Çelsi” ilə danışıqlara başlayacaq. “Zadəganlar”ın Jiru üçün 7 milyon avro tələb etdiyi bildirilir.

2018-ci ildən “Çelsi”nin formasını geyinən fransalı futbolçu, bu mövsüm London klubu ilə 6 oyuna çıxıb.