“İnter” bu gün tibbi müayinədən keçirəcək – ermənini

Erməni yarımmüdafiəçi Henrix Mxitaryan tezliklə “İnter”in yeni futbolçusu kimi təqdim olunacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun “İnter”də tibbi müayinəsi iyunun 22-nə təyin edilib. Bundan sonra müqavilə rəsmən təsdiqlənəcək. Müqavilənin 2024-cü ilin iyun ayının sonuna kimi nəzərdə tutulacağı gözlənilir.

Mxitaryan 2021/22 mövsümündə “Roma”nın heyətində 44 oyunda 5 qol vurub, 9 məhsuldar ötürmə edib. Futbolçunun romalılarla müqaviləsi bu il iyun ayının sonuna qədər qüvvədədir.