“İnter” futbolçu dəyişməyi təklif edir – “Arsenal”a

“İnter” “Arsenal”ın müdafiəçisi Qabrieli transfer etməkdə maraqlıdır.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “İnter” “topçular”a Qabrieli müəyyən məbləğdə pul və müdafiəçisi Stefan de Vreylə dəyişməyi təklif edir.

24 yaşlı Qabriel 2020-ci ildə “Lill”dən “Arsenal”a keçib. Braziliyalı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb və 5 qol vurub. Onun “Arsenal”la müqaviləsi 2025-ci ildə başa çatır.

Bizi Telegramda izləyin