İtaliyaya getdi – “İnter”lə müqavilə bağlamaq üçün

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçuyla gücləndirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” İsveçrənin “Luzern” klubundan Darian Malesi transfer etməyə hazırlaşır. Məlumata görə, klub 19 yaşlı futbolçunun keçidi ilə bağlı bütün məsələlərdə anlaşıb. Males bu gün Milana gedib. Onun müayinədən keçəcəyi və bundan sonra rəsmi müqaviləyə imza atacağı bildirilir.

“İnter”in isveçrəli futbolçunun transferi üçün 4 milyon avro ayırdığı deyilir.