“İnter”ə keçəcəyi deyilən futbolçudan açıqlama

“İnter”lə şifahi razılıq əldə etdiyi deyilən “Roma”nın futbolçusu Edin Dzeko açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, məsələylə bağlı danışan 33 yaşlı futbolçu, bunları deyib:

“Hələ də “Roma”nın futbolçusuyam. Uzun və çətin bir mövsümün ardından tətilə gedirəm. Nələr baş verəcəyini bundan sonra görəcəyik”.

İtaliya mətbuatı Dzekoya 2 illik müqavilə təklif edən “neradzurra”nın bu keçid üçün paytaxt təmsilçisinə 12 milyon avro ödəyəcəyini yazmışdı.

Bosniya və Herseqovina millisinin şərəfini qoruyan Dzeko, son mövsümdə “Roma”nın heyətində keçirdiyi 39 oyunda 14 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.