“İnsanlar nə üçün məndə səhv axtarır, başa düşmürəm”

“Bavariya”nın qolkiperi Manuel Noyer, Çempionlar Liqasında “Liverpul”a məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Noyer, Sadio Manenin vurduğu birinci qolun epizodunda səhvinin olmadığını deyib:

“Mane qarşımda durmağa çalışdı. Ancaq top gəldikdən sonra topu idarə etməyi və dönməyi möhtəşəm idi. Topla bu qədər yaxşı oynamasaydı, qol vura bilməzdi. Qapı xəttinin üstündə qalsaydım, qarşı-qarşıya bir epizod olacaqdı. İnsanlar nə üçün məndə səhv axtarır, başa düşmürəm. Sadəcə, Mane möhtəşəm oynamışdı”.

“Bavariya” ilk oyunda səfərdə “Liverpul”la qolsuz bərabərə qalsa da, cavab matçında 1:3 hesabıyla uduzaraq, ÇL-də mübarizəni 1/8 finalda dayandırıb.