“İnsanlar elə düşünür ki, Qvardiola, ya da Kloppsansa…” – Qvardiola

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real”la keçirəcəkləri oyunla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan  mütəxəssis, turnirlə və oyunla bağlı bunları deyib:

“Yeni nəsillərə səhv mesaj ötürürük. İnsanlar elə düşünür ki, Qvardiola, ya da Yurgen Kloppsansa, hər il bütün titulları qazanmalısan. Amma bu, mümkün deyil. Bəzən güclü rəqiblərlə qarşılaşırsan, bəzən isə sadəcə qalib gələ bilmirsən. İnsanlara görə, Çempionlar Liqasını qazana bilməmək fəlakətdir, qazanmaq isə uğur. Belədirsə, onda yüz ildən çoxdur ki, “Mançester Siti”nin mövcudluğu fəlakətdir, amma bu anlayış düzgün deyil.

“Real”a qalib gələ bilməsək, klub sahibi gəlib “kifayət qədər yaxşı deyilsən” deyib, tənqid edə bilər. Bunun baş verib-verməyəcəyini bilmirəm. Amma o, həm də, “necə daha yaxşı ola bilərik” deyə, sual verə bilər. İndiyə qədər onun etdiyi bu olub”.