Premyer Liqa klubunun hücumçusu əməliyyat olundu

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Raul Ximenes əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, meksikalı hücumçunun dünən əməliyyat olunduğu bildirilib.

Ximenes, Premyer Liqanın 10-cu turu çərçivəsində “Arsenal”la keçirilən səfər matçında (2:1) David Luislə toqquşmuş və huşunu itirmişdi. Dərhal xəstəxanaya çatdırılan hücumçu kəllə sümüyündən əməliyyat edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button