Hakimi tənqid edən baş məşqçi cərimələndi

İngiltərənin “Vulverhempton” klubunun baş məşqçisi Nunu Espirito Santu cərimələnib.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) mətbuat xidməti məlumat yayıb. Santu, Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən “Bernli” – “Vulverhempton” matçının (2:1) baş hakimi Li Meysonu tənqid etdiyi üçün cərimələnib. “Canavarlar”ın çalışdırıcısı referiyə Premyer Liqa oyunlarını idarə etmək səviyyəsində olmadığını demişdi.

FA portuqaliyalı mütəxəssisi 25 min avro məbləğində cərimələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button